Samuxda bıçaqlanma hadisəsi baş verib

Samuxda mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Yusif Eyvazov ürək nahiyəsindən bıçaqlanıb.

İlkin məlumata görə, onu 1985-ci il təvəllüdlü Ülfət Hüseynov bıçaqlamaqda şübhəli bilinir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.