Bakı, 28 oktyabr, AZƏRTAC Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb. Bu barədə AZƏRTAC-a NİİM-dən bildirilib.Qeyd olunub ki, yaxınlıqdakı ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə “L” və “A” tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli işıqforlar istifadəyə verilib.Mərkəz tərəfindən piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq piyada keçidlərinin işıqforlarla nizamlanması istiqamətində işlər davam etdirilir.