"Azərbaycanda hazırda 1 800-ə qədər aktiv istehlakçı var. Onların 95 faizindən çoxu Qarabağdadır. Yəni Qarabağda yaşayan sakinlərimizin mütləq əksəriyyəti elektrik enerjisini özləri istehsal edir, artıq qalan hissəsini isə "Azərişığ"a sataraq gəlir əldə edirlər. Deməli, istehlakçı ehtiyacı olduğu qədər elektrik enerjisindən istifadə edəcək, artıq qalan enerjini isə "Azərişığ"a sataraq gəlir əldə edə bilər. Bu, artıq mümkündür. Yəni bu gün "ASAN xidmət"ə getsəniz və müraciət etsəniz, bu prosesi başlada bilərsiniz. Bu, dövlətimizin Qarabağda yaşıl enerji zonası çərçivəsində atdığı addımların həqiqətən də bir təzahürüdür".
Nazir müavini: "Qarabağda sakinlər elektrik enerjisi sataraq gəlir əldə edirlər"
Mənbə: oxu.az/iqtisadiyyat/nazir-muavini-qarabagda-sakinler-elektrik-enerjisi-sataraq-gelir-elde-edirler