Bu ilin doqquz ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 5,9 faiz artım qeydə alınıb

Bakı, 28 oktyabr, AZƏRTAC Bu ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,3 milyon manat və ya 5,9 faiz artım qeydə alınıb.Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 114,2 milyon manat və ya 7,4 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 295,7 milyon manat və ya 9,5 faiz artımla olub.