ABŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə tezliklə görüş keçirməyə ümid edir.
Bu barədə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Düşünürəm ki, Rusiya və Ukrayna ilə böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq”, - o deyib.
Görüşün kiminlə planlaşdırıldığına dair suala isə Ağ Ev rəhbəri “Prezident Putin və Prezident Zelenski ilə”, - deyə cavab verib.