Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda əvvəllər boşaldıldığı bildirilən dörd mərtəbəli bina naməlum səbəbdən çöküb.
"Haber7"nin məlumatına görə, hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış və araşdırma işlərinə başlanılıb.
Hadisə yerində əməliyyat davam edir.