Rusiya bir gecədə 500-dən çox PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə üzərində 531 ədəd Ukrayna PUA-sını məhv ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Smolensk, Tambov, Tula və Moskva vilayəti üzərində vurulub.