Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. “Bitcoin” yenidən 81 min dollar həddinə yaxınlaşıb.
“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,67% bahalaşaraq 80 990,42 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 1,99%, son 30 gündə isə 2,80% azalıb.
“Ethereum” 2,10% bahalaşaraq 2 358,32 dollara, BNB 1,14% artaraq 746,30 dollara çatıb. “Zcash”da daha yüksək artım qeydə alınıb. Bu kriptovalyuta son 24 saatda 8,25% bahalaşaraq 1 321,46 dollara yüksəlib.
“Bitcoin Cash” 5,87% artaraq 297,49 dollara, “Bittensor” 3,89% bahalaşaraq 258,03 dollara, “Solana” isə 1,89% yüksələrək 101,88 dollara çatıb.