Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı

Həkim-somnoloq Maksim Novikov bildirib ki, payızda gün işığının azalması insanın bioloji saatına və yuxu rejiminə təsir göstərə bilər.

Fiziki aktivliyin azalması, axşam saatlarında telefon və kompüterdən istifadə, gündəlik rejimin dəyişməsi də yuxusuzluğa səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, davamlı yuxu çatışmazlığı diqqət və yaddaşı zəiflədir, əsəbiliyi artırır və ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Bir neçə gecə davam edən yuxu problemi xroniki yuxusuzluq sayılmasa da, uzunmüddətli narahatlıq diqqətdən kənarda qalmamalıdır.

Həkim yuxu problemlərinin qarşısını almaq üçün səhərlər təbii gün işığı almağı, hər gün eyni vaxtda oyanmağı, fiziki aktivliyi artırmağı və axşamlar parlaq ekranlardan istifadənin azaldılmasını tövsiyə edib. Yuxusuzluq uzun müddət davam edərsə və gündəlik həyata mane olarsa, həkimə müraciət etmək vacibdir.