“Qarabağ”da gözlənilməz ayrılıq

“Qarabağ” FK futbolçu Abbas Hüseynovla yollarını ayırıb.

Ağdam klubunun mətbuat xidmətinə istinadən, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.