İrəvanda separatçılar yenidən fəallaşmağa başlayıblar.
Onlar Ermənistan müxalifəti ilə görüşlərini yekunlaşdıraraq, qərara verəcəklərini açıqlayıblar.
Özünü “dövlət naziri” kimi təqdim edən Njde İsgəndəryan bildirib ki, o və daha bir neçə cinayətkar ünsür siyasi partiyalarla məsləhətləşmə aparıb. Həmin məsləhətləşmələr isə “Güclü Ermənistan”, Daşnaksütun, Ermənistan Respublika və “Çiçəklənən Ermənistan” partiyaları, eləcə də “Haystan” parlament fraksiyasının və “Hayekve” milli vətəndaş birliyinin nümayəndələri ilə keçirilib.
İsgəndəryan deyib ki, revanşistlər qondarma “dqr”in “strukturları”nın qalmasını vacib hesab ediblər. “Əldə edilən razılaşmalara əsasən, yaxın gələcəkdə yuxarıda qeyd olunan bütün siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə birgə işçi platforma yaradılacaq”.