İran Ağ Evə ismarıc göndərdi: “HAZIRIQ”

İran ABŞ-nin ölkənin limanlarına tətbiq etdiyi dəniz blokadasını qaldırması qarşılığında Hörmüz boğazını açmağa hazır olduğunu bildirib.

Bu barədə “Əl Ərəbiyyə” kanalı iranlı mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, Tehran göndərdiyi ismarıcda bir sıra başqa məsələləri də müzakirə edə biləcəyini çatdırıb.

Qeyd edilir ki, Tehran bu təklifi Pakistan vasitəsilə ABŞ administrasiyasına çatdırıb.