"Kiməsə 100 il ömür arzulamaq qarğışdır. 100 yaşa çatanda, mən sizdən soruşacam ki, qocalıq yaxşıdır yoxsa pis?! Qocalığın heç bir yaxşı tərəfi yoxdur. Bəzən zəng edib, görüşüb müsahibə almaq istəyirlər, imtina edirəm. Bu zaman inciyirlər. Mən qoca adamam, niyə inciyirsiz axı?! Evin içində özümü idarə edirəm. Evdə hər şeyi qızım edir. Allaha yalvarıram ki, məni özündən başqa heç kimə möhtac etməsin"
Bunu açıqlamasında Aztv-nin ilk ali təhsilli qadın rejissoru Solmaz Həmzəyeva deyib.
O daha sonra əlavə edib:
"Hər gün oturub fikirləşirsən ki, ayağın tutulacaq, arabada gəzəcəksən. Neynirəm mən o vəziyyəti?! Ölümdən qorxmuram. Anamdan, qardaşım Elçindən artığam? Ya Sultan Süleymandan artığam?! Bilirsiniz niyə ölümdən qorxmuram?! Bilirəm ki, bir gün yox olacağam. Vəssalam! Yerdə qalanı mənlik deyil. Nə olacaqsa olacaq.. Anamdan da 10 yaş artıq yaşayıram. O da mənim kimi deyinirdi ki, "adam da bu qədər yaşayar?!". Uzunömürlü nəsilik. Siz uşaqlar çox çətin dövrdə yaşayırsınız.. Bütün dünya dağılır.. Allah millətimizi, insanlarımızı qorusun.. Gərək siz də dünyaya mən doğulanda gələrdiniz" deyə Solmaz Həmzəyeva bildirib.