Tokayev Türkiyəyə rəsmi səfər edəcək

Oktyabrın 28–30-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

"Akorda"ya istinadən, səfər çərçivəsində Ankarada dövlət başçılarının genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqları olacaq.

Qazaxıstan Prezidenti, həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştirak edəcək.