Sağlam insanın nəbzi dəqiqədə neçə dəfə vurmalıdır?

Sağlam insanın nəbzi dəqiqədə 60-90 vurğu arasında olmalıdır.

"Lenta.ru"ya istinadla, bu barədə rusiyalı həkim Dmitri Doronin danışıb.

Həkim qeyd edib ki, nəbz hətta sakit vəziyyətdə də davamlı olaraq dəqiqədə 100 vurğunu keçirsə, qalxanabənzər vəzinin yoxlanılması tövsiyə olunur.

Onun sözlərinə görə, buna yod çatışmazlığı və ya qalxanabənzər vəzinin xroniki iltihabi xəstəliyi olan autoimmun tireoidit səbəb ola bilər.