Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib.

Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gecə pivə içib evə sərxoş halda gələrək yatmaq istəyib Lakin paltaryuyan maşının səsi ona mane olub. O, maşını söndürmək istəyəndə arvadı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sahil qadını vuraraq, xəsarət yetirib.

Zərərçəkən hadis ilə bağlı polisə şikayət edib. Şikayət əsasında Sahil Qasımov barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini deyib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şiakyət və tələbinin olmadığını qeyd edib.

Məhkəmə cinayət işinə xitam verilməsinə və S. Qasımovun məsuliyyətdən azad olunmasına qərar verib. (Lent.az)