Vəli Quliyev müavini müdir təyin etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) yeni təyinat baş tutub.

Pərviz Məmmədov Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdiri təyin olunub.

DƏMX-in rəisi Vəli Quliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Pərviz Məmmədov 2024-cü ildən yeni təyinatadək həmin şöbədə müdir müavini olub.

2014-2024-cü illər ərzində isə "NBC Bank", "Turan Bank" və Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib. /Yurd.Media/