Bəşər Əsədin əmisi oğlu saxlanılıb - FOTO

Suriyada devrilmiş prezident Bəşər Əsədin əmisi oğlu Yəhya Əsəd və keçmiş hakimiyyət dövründə çalışmış daha 13 hərbçi və təhlükəsizlik əməkdaşı saxlanılıb.

Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin nümayəndəsi Nurəddin əl-Babanın sözlərinə görə, saxlanılanlar arasında keçmiş kəşfiyyat əməkdaşları, yüksək rütbəli ordu komandirləri, pilotlar və kütləvi qətllərdə iştirakda şübhəli bilinən şəxslər var.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilib.