TƏCİLİ: Mirsaleh Seyidov vəzifəsindən azad edildi

Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov vəzifəsindən azad olunub.

Bu barədə verilən məlumatda qeyd olunur.

M.Seyidovun işindən kənarlaşdırılması barədə bu gün qərar qəbul olunub. Bu haqda rəsmi xəbərin elan olunacağı gözlənilir.

Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilib.