Rusiya-Afrika sammiti ilə əlaqədar Üçüncü Nəqliyyat Dairəvi yolu çərçivəsində Moskvada mobil internet söndürülüb.
Məhdudiyyətlərın oktyabrın 27-dən 29-dək tətbiq olunacağı bildirilib.
Mobil internetin söndürüldüyü ərazidə ancaq "ağ siyahı"ya alınmış saytlar fəaliyyət göstərir. "Ağ siyahı"ya dövlət orqanlarının saytı, dövlət informasiya agentlikləri, eləcə də federal media orqanlarının internet resursları və digər həyati əhəmiyyətli saytlar daxildir.
Qeyd edək ki, oktyabrın 28-29-da Moskvada üçüncü Rusiya-Afrika sammiti keçiriləcək. Sammitdə 50 Afrika ölkəsindən dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin iştirakı gözlənilir.