Qazaxda evdə partlayış oldu: Xəsarət alan var

Qazax rayonunda partlayış olub.

Moderator.az Oxu.az-a istinadla bildirir ki, hadisə şəhər ərazisindəki mənzillərin birinin hamam otağında baş verib.

Hamamda qızdırıcı sistemdə qazsızmadan partlayış olub. Hadisə nəticəsində ev sahibi, 1990-cı ilə təvəllüdlü Məmməd Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.