Ədalət zəfər çaldı!

Təbii ki, bu gecənin əsas hadisəsi “Qızıl top”un təqdimat mərasimi idi.

Bildiyiniz kimi, “France Football” jurnalı 2025/26 mövsümünün ən yaxşı oyunçusuna bu mükafatı verir. Londonun “Palladium” teatrında keçirilən mərasimdə “Bavariya”nın və İngiltərə yığmasının hücumçusu Harri Keyn qalib elan olundu. Xatırladaq ki, jurnalın səsverməsində FİFA reytinqində ilk “100-lüy”ə daxil olan ölkələrin hər birindən bir jurnalist iştirak edir.

33 yaşlı Keyn 2025/26 mövsümündə Almaniya çempionu, bu ölkənin kubokunun və Superkubokunun qalibi, İngiltərə yığmasının heyətində dünya çempionatının bürünc medalçısı olub. Keyn həmçinin mövsümün bombardiri kimi Herd Müller mükafatını da aldı. O, “Bavariya”nın heyətində keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Qızıl top”un səsverməsində ilk “10-luq”:

1. Harri Keyn (İngiltərə, Bavariya)

2. Kilian Mbappe (Fransa, Real)

3. Lamin Yamal (İspaniya, Barselona)

4. Rodri (İspaniya, MS/Barselona)

5. Lionel Messi (Argentina, İnter Mayami)

6. Xviça Kvaratsxeliya (Gürcüstan, PSJ)

7. Usman Dembele (Fransa, PSJ)

8. Erlinq Holann (Norveç, MS)

9. Maykl Olise (Fransa, Bavariya)

10. Fabian Ruis (İspaniya, PSJ)