Küçədə meyit tapıldı

Qazaxda 53 yaşlı kişinin meyiti tapılıb.

Unikal-a istinadən, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü A.Hüseynovun meyiti kənd tam orta məktəbinin yaxınlığında aşkarlanıb.

İlkin məlumata görə, A.Hüseynov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.