57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı

Bakı Apellyasiya Məhkəməsinin (BAM) Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiqinə dair qərar qəbul edib.