Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Moskvada Azərbaycan və Rusiya arasında enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlər müzakirə olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüş keçirilib.

Görüşdə GECF çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.