Türkiyədə burulğan - 4 nəfər öldü

Türkiyənin Antalya şəhərində burulğan nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Hadisə şəhərin Kepez rayonunda baş verib.

Güclü külək tikinti sahəsindəki iki yaşayış blok-konteynerini dağıdıb və kranın aşmasına səbəb olub. Nəticədə tikinti sahəsində çalışan 4 fəhlə həlak olub, 1 nəfər yaralanıb.