İsraildə bu gün parlament seçkiləri keçirilir. Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra ölkədə təşkil olunan ilk parlament seçkiləridir.
Seçkilərdə vətəndaşlar Knessetin 120 deputatını müəyyənləşdirmək üçün səs verirlər.
Seçkilərdə əsas rəqabət hazırkı Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi düşərgə ilə müxalifət qüvvələri arasında gedir.
Müxalifətin önəmli simalarından biri isə İsrail ordusunun Baş Qərargahının sabiq rəisi Qadi Ayzenkotdur.