Azərbaycanla bağlı sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən Fatih Erşahin Türkiyədə polisə çağırılıb.
O bu barədə X-də paylaşım edib.
Qeyd edək ki, bundan əvvəl “Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım da İstanbulda saxlanılıb. Onun sosial media hesabından etdiyi paylaşımlar səbəbi ilə İstanbul polisi tərəfindən saxlanıldığı açıqlanıb.
Muhammed Emin Yıldırım və Fatih Erşahin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilmişdi.