Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

Türkiyə Super Liqasının IX turunun matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın qələbə qollarını Viktor Osimhen 29 və 44-cü dəqiqələrdə vurub.

"Fənərbağça"nın yeganə qoluna İrfan Can Kahveci 62-ci dəqiqədə imza atıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran "Qalatasaray" liderliyini qoruyub saxlayıb. Liqada 3-cü dəfə məğlubiyyətlə üzləşən "Fənərbağça"nın isə 16 xalı var.

"Qalatasaray" növbəti turda gələn həftə səfərdə "Konyaspor"la üz-üzə gələcək, "Fənərbağça" isə öz meydanında "Göztəpə" ilə qarşılaşacaq.