“Özümü çox pis hiss edirəm, həkimlər deyir ki..”- Xalq artisti səhhətindən…

“Özümü çox pis hiss edirəm. Xəstəxanadan çıxmışam, evdəyəm. Bir neçə gün xəstəxanada qaldım. Bilirsiniz ki, yıxılmışdım, sınıqlarım var idi. Həkimlər də deyir ki, bir müddət müalicə almalısız. Özümü qorumalıyam. Qocalıqdır da. Evin içində fırlanıram, uzağa gedə bilmirəm. Yanımda qalan xanım var, mənə baxır. Məni bir dəqiqə də diqqətdən kənar qoymur. Özümə bir stəkan çay da süzə bilmirəm”.

Bunu açıqlamasında Xalq artisti, diktor Ofeliya Sənani deyib.

Xalq artisti bildirib ki, xəstəxanada olarkən bir çox insan onun səhhətini maraqlanıb. Bir neçə gün telefonları susmayıb:

“Bilirəm ki, insanlar mənə görə pis olmuşdu. Onların hər birinə minnətdaram. Bu mənə olan sevginin bariz nümunəsidir. Biz o tamaşaçılar üçün yaşamalıyıq. Bu gün peşəkar diktorlarımız çox azdır. Xalq da bizləri sevir. İndiki aparıcıların əksəriyyətini heç kim bəyənmir. Tamaşaçıları nəzərdə tuturam. Onlarda təbiilik, səmimiyyət yoxdur. Özlərini tamaşaçılara sevdirməyi bacarmırlar. İşini sevmək lazımdır ki, tamaşaçı da səni sevsin. İndi hansı aparıcıya məktub yazırlar ki, filan verilişi apar? Amma bizə yazılan məktubların sayı-hesabı yox idi. Biz bu sevgini görmüşük” deyə diktor bildirib.