Rövşən Nəcəf bu futbolçunu meydandan çıxardı - Video

AFFA prezidenti Rövşən Nəcəf Bakıda keçirilən U-15 dünya çempionatının Azərbaycan - Haiti matçı (0:4) zamanı nümunəvi hərəkəti ilə diqqət çəkib.

Qol.az-a istinadən, qarşılaşmanı AFFA prezidenti Rövşən Nəcəf də canlı izləyib.

Oyun zamanı Haiti millisinin futbolçularından biri zədələnib. Rövşən Nəcəf rəqib komandanın üzvünə yaxınlaşaraq onun meydanı tərk etməsinə kömək edib.