Liviyanın hava məkanına 2015-ci ildə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, oktyabrın 23-də qəbul edilən qərar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar tərəfindən Dohada Yaxın Şərq ölkələrinin mülki aviasiya rəsmilərinin iclasının açılışı zamanı elan olunub.
Məhdudiyyətlər Liviyada vətəndaş müharibəsinin davam etdiyi dövrdə, 2015-ci ildə tətbiq edilmişdi.