Bakıda "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası keçiriləcək.
Artıq Fəvvarələr meydanında yarmarkaya hazırlıq işləri başlanıb.
Xatırladaq ki, "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təşkilatçısı "Nargis" Fondudur.
Fond 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib. 2013-cü ildən etibarən fond tərəfindən hər il Yeni il bayramı ərəfəsində "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası təşkil olunur.