Uşaqların palçıqda oynaması çoxları üçün təmizlik pozuntusu, valideynlər üçün isə əlavə yuyuntu və narahatlıq deməkdir. Lakin müasir tədqiqatlar göstərir ki, uşaqlığın bu sadə və təbii əyləncəsi sağlam böyümənin vacib şərtlərindən biri ola bilər. Oxu24.com-un məlumatına görə, palçıqda və torpaqda oynamaq uşağın immun sistemini məşq etdirir, mikrobiomunu zənginləşdirir və hətta psixoloji rahatlığa da təsir göstərə bilər.Məlumata görə, müasir elm uşaqların palçıqda oynamasını onların immun sisteminin əsl əsgər kimi məşq etməsinə bənzədir. Məsələ ondadır ki, həddindən artıq təmiz, steril mühitdə böyüyən uşaqların immun sistemi sanki “işsiz” qalır. Mübarizə aparacağı real təhlükə ilə qarşılaşmayan immun hüceyrələr zamanla yanlış istiqamətdə fəaliyyət göstərməyə başlayır.Nəticədə orqanizm adi, zərərsiz toz hissəciklərinə belə düşmən kimi hücum edir. Bu isə bitməyən allergiyalara və astma kimi xəstəliklərə zəmin yarada bilər.Mütəxəssislərin qeyd etdiyinə görə, palçıq və torpaqla təmas bədənə həqiqi təhlükə ilə zərərsiz maddəni bir-birindən ayırmağı öyrədir. Uşaq orqanizmi müxtəlif mikroorqanizmlərlə qarşılaşdıqca immun sistemi daha dəqiq və balanslı işləməyi öyrənir. Elmi ədəbiyyatda bu yanaşma “hiqiyena hipotezi” adı ilə də tanınır. Həmin hipotezə görə, uşaqlıqda mikroblarla təmasın həddindən artıq məhdudlaşdırılması sonradan allergik və autoimmun xəstəliklərin artmasına təsir göstərə bilər.Bildirilir ki, insan orqanizminin sağlamlığı birbaşa dəri və bağırsaqlardakı bakteriya müxtəlifliyindən, yəni mikrobiomdan asılıdır. Faydalı bakteriyalar həm həzm prosesinə, həm də immun müdafiəsinin formalaşmasına köməklik göstərir. Torpaqla təmas isə uşağın mikrobiomunu zənginləşdirir və bu müxtəlifliyin artmasına şərait yaradır. Məhz buna görə kənd mühitində, təbiətlə daha yaxın təmasda böyüyən uşaqlarda allergiya hallarının nisbətən az rast gəlindiyi barədə müşahidələr var.Məsələ yalnız immunitetlə məhdudlaşmır. Təmiz təbii torpaqda yaşayan bəzi faydalı bakteriyaların beyinə təsir edərək serotonin, yəni “xoşbəxtlik hormonu” adlanan maddənin ifrazını artıra biləcəyi barədə ilkin tədqiqatlar mövcuddur. Bu baxımdan palçıqda oynamaq həm də stresi azaldan təbii vasitə hesab oluna bilər. Bu tədqiqatlar hələ yekun sübut səviyyəsində deyil, lakin istiqamət maraqlı nəticələr vəd edir. Təsadüfi deyil ki, bağda və ya torpaqla işləmək çox vaxt insanı sakitləşdirir, gərginliyi azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır.Eyni zamanda xüsusi vurğulanır ki, söhbət şəhərin kimyəvi maddələrlə, tullantılarla və nəqliyyat tüstüsü ilə çirklənmiş küçələrindən yox, kənddəki, bağ-bağçadakı təmiz torpaqdan gedir. Zibil, heyvan nəcisi, kimyəvi gübrə və ya pestisid qalıqları olan yerlərdə oynamaq uşaq sağlamlığı üçün risk yarada bilər. Odur ki, valideynlər uşağın oynadığı məkanın təmizliyinə diqqət yetirməli, oyundan sonra isə əlləri sabunla yumağı unutmamalıdırlar. Açıq yaraları olan uşaqların torpaqla təmasına da ehtiyatla yanaşmaq lazımdır.Beləliklə, növbəti dəfə uşağınızın paltarının palçıq içində olduğunu görəndə narahat olmayın: o, sadəcə oynamır, eyni zamanda immun sistemini məşq etdirir.Jalə
Bu gün
202 xəbər bu gün
Uqandada ölkə tarixinin ən qəddar seriyalı qatillərindən biri və adamyeyən hesab edilən şəxs saxlanılıb.
İspaniya Kral Futbol Federasiyası
Estoniyada İsveç və Litvadan bitum tədarükünün dayandırılması səbəbindən ciddi asfalt qıtlığı yaranıb. Bu, Tallin hakimiyyətini bir sıra yol təmiri layihələrindən imtina etməyə məcbur edib. ERR dövlət teleradioyayım…
Braziliyada fermer ölkənin prezident seçkilərinin nəticələri ilə bağlı iş adamı ilə etdiyi mərcdən qırmızı rəngli yeni "Porsche" avtomobili udub. Bu, onun siyasi mərclərdən qazandığı artıq ikinci bahalı maşındır.
ABŞ-ın “Apple” şirkəti M6 prosessoru ilə təchiz edilən yeni 14 düymlük “MacBook Pro” noutbukunu təqdim edib. Şirkətin rəsmi açıqlamasına görə, yeni model bir dəfə enerji doldurulmaqla 24 saata qədər işləyə bilir. “Apple”…
Böyük Britaniyada minimum əməkhaqqının təxminən 4 faiz artırılması planlaşdırılır. Bu barədə “The Times” qəzeti məlumat yayıb. Məlumata görə, ölkənin maliyyə naziri Con Hili oktyabrın…
Polşa Prezidenti Karol Navrotski Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda ölkə ərazisində ABŞ-nin daimi hərbi bazasının tikintisinin müzakirəsi planlaşdırılır. Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun…
Madrid “Real”ının hücumçusu Karlos Espi cari mövsümdə ilk dəfə əsas komandanın start heyətində meydana çıxa bilər. AS nəşrinin məlumatına görə, baş məşqçi Joze Mourinyo 21 yaşlı futbolçunun məşqlərdəki çıxışından razı…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb. Liderlər Türkiyə-Fransa ikitərəfli münasibətlərini…
Большинство людей относятся к икоте как к досадной мелочи, которая быстро проходит сама. Однако этот рефлекс может быть не безобидным последствием поспешного обеда, а сигналом бедствия от внутренних органов.
Düyünü daha ləzzətli və ətirli hazırlamaq üçün su əvəzinə toyuq bulyonundan istifadə etmək olar. Bu üsul düyüyə zəngin dad verir və əlavə souslara ehtiyacı azaldır. Hazırlamaq üçün bir stəkan yuyulmuş düyüyə 1-1,25…
Çinin sosial şəbəkələrində süni intellekt vasitəsilə yaradılan rəqəmsal avatarlar populyarlaşıb. "Syaohay" adlandırılan bu obrazlar məktəbli geyimində və ya ağ köynəkdə, göz yaşları içində yoxsulluqdan danışan yeniyetmə…
Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını genişləndirmək məqsədilə qatar parkını yeniləməyə davam…
Bakı, 28 oktyabr, AZƏRTAC Niderlandın paytaxtı Amsterdamda Soyuq müharibə dövrünə aid, 80 nəfərlik sığınacaq kimi nəzərdə tutulmuş bunker 300 min avroya satışa çıxarılıb. Əmlakı almaqda artıq 120 nəfər maraqlı olduğunu…
Rusiya Prezidenti Vladimir Putin İran ətrafındakı münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi üçün İslamabad memorandumunun əhəmiyyətini qoruduğunu bildirib. Putin bu barədə Qətər əmiri Şeyx Təmim bin…
Bakı. Trend: “Milan” yanvar ayında “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi transfer etmək istəyir. Bu barədə "Calciomercato" məlumat yayıb. Mənbənin məlumatına görə, portuqaliyalı…
Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Flitvud"a məğlub olaraq turnirlə vidalaşıb. "Flitvud"un meydanında keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında…
ABŞ-nin Tennessi ştatında qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçıb.
Çin dövlət televiziyası futbolçu Kilian Mbappenin keçmiş Çin lideri Mao Tzsedun haqqında şərhlərindən sonra ölkə ərazisində La Liqa yayımlarını dayandırıb.
Bakı, 28 oktyabr, AZƏRTAC ABŞ hərbçiləri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan gəmini məhv edib. Əməliyyat zamanı beş nəfər öldürülüb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı…
Avropa İttifaqında (Aİ) Ukraynada “Starlink” peyk rabitəsi sisteminin fəaliyyətində yaranan ləngimələrdən sonra müdafiə imkanlarının gücləndirilməsi və ABŞ texnologiyalarından asılılığın azaldılması məsələsi yenidən…
ABŞ gələcəkdə Rusiyadan əlavə dizel yanacağı tədarükünü həyata keçirə bilər
ABŞ Polşada “Patriot” hava hücumundan müdafiə kompleksləri üçün PAC-3 raketlərinin texniki xidmət mərkəzini yerləşdirəcək. Bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, kritik təchizat zəncirlərinin inteqrasiyasına…
Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb.
Партия "Ликуд" во главе с премьер-министром Израиля Биньямином Нетаньяху занимает первое место по итогам состоявшихся во вторник выборов в Кнессет (парламент). Как передает Day.Az со ссылкой на ТАСС, такие данные…
ABŞ Prezidenti Donald Tramp Braziliyada dövlət başçısı Luis İnasio Lula da Silvanın qalib gəldiyi prezident seçkilərinin nəticələrinin etibarlılığına şübhə ilə yanaşıb. Amerika lideri bu barədə Texas ştatında…
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki…
Londonun "Arsenal" və "Flitvud Taun" komandaları arasında İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin oyunu stadionun üzərində uçan naməlum obyektin (UNO) görünməsi səbəbindən dayandırılıb.
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkəsinə 1 milyon barel neft hədiyyə etdiyini və yaxın saatlarda həmin nefti daşıyan tankerin Texas ştatındakı limanlardan birində qəbul ediləcəyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ideyasını irəli sürüb. Tramp Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiöncəsi mitinqdə çıxışı zamanı…
Fransa Rumıniyanın müraciəti əsasında Qara dənizin qərb hissəsində müşahidə aparmaq və kritik infrastrukturu qorumaq məqsədilə "Atlantique 2" dəniz kəşfiyyat təyyarəsini göndərib. Bu barədə Rumıniya Müdafiə Nazirliyinin…
Vaşinqton, 28 oktyabr, AZƏRTAC ABŞ administrasiyası Braziliyada keçirilən prezident seçkilərində məğlub olan Flaviu Bolsonaru və onun ailə üzvlərinə viza verib.AZƏRTAC xəbər verir ki, bu barədə Tramp administrasiyasının…
Həkim-somnoloq Maksim Novikov bildirib ki, payızda gün işığının azalması insanın bioloji saatına və yuxu rejiminə təsir göstərə bilər. Fiziki aktivliyin azalması, axşam saatlarında telefon və kompüterdən istifadə…