İran milyonlarla insana təhsil zülmü verir, başqa dövlətin məktəb siyasətinə isə "dil uzadır"

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf bir videomüraciətində Azərbaycanda hicablı qızları İran universitetlərinə dəvət edib. O, həmin qızların İranda təhsili üçün şərait yaratmağa hazır olduğunu bildirib.