NATO Rusiya sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayır

NATO Latviyada, Rusiya sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayır.

Bu barədə Latviyanın "Delfi" nəşri məlumat yayıb.

Məlumata görə, “Resolute Reforger 2026” adlı təlimlər NATO-nun Latviyada yerləşən çoxmillətli briqadasının tarixində ən böyük hərbi təlimlər olacaq.

Noyabrın 8-dək davam edəcək təlimlərə təxminən 3 min hərbçi və 1000 ədəd hərbi texnika cəlb olunacaq.

Təlimlər zamanı hərbi bölmələrin yerləşdirilməsi, onların maddi-texniki təminatı, uzaq məsafələrdə fəaliyyətlərinin əlaqələndirilməsi, eləcə də Latviya Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət imkanları sınaqdan keçiriləcək.