Şahrux Xan Nuraya xüsusi diqqət göstərdi, arvadı qısqandı

Nura Suri yuxuda Bollivud ulduzu Şahrux Xanı görüb.

Müğənni buna dair yumoristik paylaşım edib.

O bildirib ki, dəniz kənarında keçirilən moda nümayişində podiuma çıxmağa hazırlaşarkən onu qaçaraq bəzəyiblər. Bu zaman Şahrux Xan Nuranın yanında olub və müğənniyə xüsusi diqqət göstərib. Əsas məsələ, yuxuda aktyorun arvadı Nura Surini qısqanıb.

İfaçı bu qəribə yuxuya təəccübləndiyini vurğulayıb.(“Yeni Sabah”)