Yazıçı Salli Runinin kitablarının Böyük Britaniyada satışının dayanması ədəbiyyat aləmində yeni həmrəylik addımına səbəb olub.
İrlandiyanın uşaq ədəbiyyatı laureatı Kris Hoton və Uelsin uşaq ədəbiyyatı laureatı Nikola Devis öz əsərlərindən əldə etdikləri qonorarları Runiyə vermək qərarına gəliblər.
Onlar yazıçının “Palestine Action” təşkilatına dəstəyinə görə üzləşdiyi vəziyyəti ifadə azadlığı baxımından problemli hesab edirlər. Hoton bu addımın yazıçının öz kitablarının gəlirini əldə edə bilməməsinin yaratdığı ziddiyyəti göstərmək məqsədi daşıdığını bildirib.