Azərbaycanda gənc xuliqanların sayı artıb - statistika

Azərbaycanda 14-29 yaşlı şəxslər arasında xuliqanlıq törətmiş şəxslərin sayı 2025-ci ildə 275 nəfər olub. Bu, 2024-cü illə müqayisədə 5 faiz artım deməkdir.

2025-ci ildə cinayət törətmiş 14-29 yaşlı gənclərin ümumi sayı 5 581 nəfər təşkil edib. 2024-cü ildə bu göstərici 6 056 nəfər olub.

Ötən il qəsdən adam öldürmə və adam öldürməyə cəhdlə bağlı qeydə alınan gənclərin sayı 81-dən 95-ə, dələduzluq törətmiş şəxslərin sayı isə 327-dən 340-a yüksəlib.

Quldurluq törətmiş 14–29 yaşlı şəxslərin sayı da artaraq 53 nəfərdən 64 nəfərə çatıb.