"Ceyms Bond" filmlərinin aktrisası Cudi Denç görmə qabiliyyətini itirdiyi üçün kino çəkilişlərindən uzaqlaşıb.
91 yaşlı britaniyalı aktrisa artıq filmlərdə çəkilə bilməyəcəyini və teatr fəaliyyətini dayandırmalı olduğunu deyib.
“Oskar” mükafatlı sənətçiyə 2012-ci ildə yaşla bağlı makula degenerasiyası diaqnozu qoyulub.
Xəstəlik zaman keçdikcə onun gündəlik həyatına daha çox təsir göstərməyə başlayıb.
Hazırda Denç daha çox radio dinləməyə çalışır və diqqətini sağlamlıq problemi üzərində cəmləməməyə üstünlük verir.