“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım “Qalatasaray”ın stadionuna getməyəcək.
Onun derbi qarşılaşmasını stadiondan izləməyəcəyi bildirilir. Türkiyə mətbuatının yazdığına görə, komandalar Super Liqanın 9-cu turunda RAMS Parkda üz-üzə gələcəklər. Bu mövsüm Avropa səfərləri də daxil olmaqla komandasının yalnız bir oyununda iştirak etməyən Yıldırımın budəfəki derbidə də tribunada olmayacağı iddia edilir.