Bu kənd Azərbaycana verilir? - SÖKÜNTÜ BAŞLADI

Ermənistan polisi işğal altında olan Kərki kəndində oyun meydançasında quraşdırılmış avadanlıqları sökür. Globalinfo.az-a istinadən, bu barədə “Armat Media”nın redaktoru Ağavni Sukiasyan bildirib.Sukiasyanın sözlərinə görə, polis oyun meydançasında aparılan işlərin dayandırılmasını və quraşdırılmış avadanlıqların sökülməsini tələb edir.Qeyd edək ki, Ermənistan mediası kəndin Azərbaycana veriləcəyini iddia edir.