Rusiya ABŞ və Ukrayna ilə danışıqlara başlamağa hazırdır – TARİX AÇIQLANDI

Rusiya Ukrayna münaqişəsinin nizamlanması məqsədilə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.

Onun sözlərinə görə, Moskva noyabrın 4-dən sonra danışıqlar masasına qayıtmağa hazırdır. Lakin Kreml rəsmisi ilkin görüşdən ciddi nəticələr gözləməyin düzgün olmadığını bildirib.

Uşakov qeyd edib ki, ilk görüş daha çox tərəflərin mövqelərinin müəyyənləşdirilməsinə xidmət edəcək və yekun sülh razılaşmasının əldə olunması üçün əlavə diplomatik səylərə ehtiyac var.

O, Ukraynada sülhün təmin olunması məsələsinin Avropa dövlətləri ilə də müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Məlumata görə, növbəti görüşün mümkün məkanları arasında Əbu-Dabi və İsveçrə də nəzərdən keçirilir.