Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb.
Bunu Saral özü təsdiqləyib.
“Bəli. Biz vəzifələrə bağlı deyilik. Cənab Prezident bizi vəzifəyə gətirdi, onun tapşırığı ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – o bildirib.
Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmadığı soruşulduqda isə Saral: “Bəli, elə görünür”, – deyə cavab verib.
O: “Əsas olan Türkiyə Respublikası və cənab Prezidentimizin uğurudur”, – sözlərini əlavə edib.
Qeyd edək ki, Saralın Azərbaycanla bağlı açıqlamaları ölkəmizdə sərt etiraz doğurmuşdu.
Daha əvvəl “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov Saralın vəzifədən uzaqlaşdırıldığını bildirərək yaxın zamanda açıqlama veriləcəyini qeyd etmişdi.