Güləşçimiz hamıdan güclü oldu - ÇEMPİON

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti dəfə dünya çempionu adını qazanıb.Oxu24.com xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.Əzizli final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.Qeyd edək ki, bu gün Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da qızıl medal uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.