Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yerli mətbuata istinadən, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.