Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Azərbaycanəsilli Rusiya ifaçısı Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanıldıqdan və Moskvaya qayıtdıqdan sonra ilk dəfə ictimai tədbirdə görüntülənib.

Oxu.Az-a istinadən, reper "Media Basket" media basketbol liqasının turnirində iştirak edib.

Məlumata görə, Navai turnirə dostları ilə birlikdə qatılıb.

Navai oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Korday" sərhəd-keçid məntəqəsində polis və sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun olduğu avtomobilə baxış zamanı narkotik vasitə aşkarlanaraq götürülüb. Reper çərşənbə axşamı sərbəst buraxılıb. Daha sonra vəkili Rəna Kərimova onun Moskvada olduğunu bildirib.