Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo oktyabrın 25-də La Liqanın 10-cu turu çərçivəsində “Barselona” ilə keçiriləcək oyunu hansı hakimin idarə etməsindən danışıb.
O, hakim təyinatı prosedurunun pozulmasının yolverilməz olduğunu vurğulayıb:
“Məlumat sızıb ki, oyunu Neqreyranın oğluna kouçinq xidmətləri üçün ödəniş edən Munuera idarə edəcək.
Bu, məni bir qədər təəccübləndirir… Hakimin kimliyi məni heç vaxt narahat etmir. Mən hakimin yaxşı olduğunu əsas götürürəm. Məni narahat edən qaydaların pozulmasıdır. Üç həftə əvvəl bir hakimin adı ortaya çıxdı, indi isə başqa birinin adı çəkilir. Amma klub daxilindən heç kim mənə “Hakim o olmayacaq” deməyib”.
Xatırladaq ki, qaydalara əsasən, oyunun baş hakiminin adı matça 24 saat qalmış elan edilməlidir. Lakin mümkün hakim təyinatı barədə məlumat üç həftə əvvəl yayılıb.