Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsinə sadiqdir.
Milli Gününüz mübarək!” – paylaşımda qeyd olunub.