Eldəniz və Sənan dünya çempionu ola biləcəkmi?

Astanada güləş üzrə dünya çempionatı davam edir.

Yarışın ikinci günündə iki güləşçimiz qızıl medal uğrunda görüşə çıxacaq.

55 kq çəki dərəcəsində 4 qat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi ilə üz-üzə gələcək.

77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.

Bundan başqa bu gün üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.

72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.